Haqqımızda
SOLIDCORE MMC
SolidCore MMC tikinti və infrastruktur, energetika, sənaye və istehsalat, nəqliyyat və logistika sektorlarında fəaliyyət göstərən müəssisələrə risklərin idarə edilməsi, peşəkar təmizlik, təlim və təchizat xidmətləri təqdim edən peşəkar xidmət şirkətidir.
SolidCore MMC müasir biznes və sənaye mühitində fəaliyyət göstərən müəssisələrin ehtiyaclarına uyğun peşəkar, etibarlı və praktik həllər təqdim edir. Fəaliyyətimiz tikinti və infrastruktur, energetika, sənaye və istehsalat sektorlarını əhatə edir. Müştərilərimizə risklərin idarə edilməsi, peşəkar təmizlik, təlim və təchizat istiqamətləri üzrə xidmətlər təqdim etməklə onların fəaliyyətində təhlükəsizliyin, səmərəliliyin və davamlılığın təmin edilməsinə töhfə verməyi hədəfləyirik. Fəaliyyətimizin əsasını peşəkarlıq, məsuliyyət, keyfiyyət, şəffaflıq və müştəriyönümlü yanaşma təşkil edir.

Keyfiyyət və standartlar
SOLIDCORE tərəfindən təklif olunan məhsullar mövcud normativ və texniki standartlara uyğundur. Şirkət məhsul seçimi zamanı keyfiyyət göstəricilərinə xüsusi diqqət yetirir və sifarişçilərin texniki tələblərinə uyğun həllər təqdim edir.
Missiyamız
Missiyamız müasir bazar tələblərini və müştərilərimizin real ehtiyaclarını nəzərə alaraq, peşəkarlıq, məsuliyyət və keyfiyyət prinsiplərinə əsaslanan xidmətlər təqdim etmək, müştərilərimizlə etibarlı, uzunmüddətli və dayanıqlı əməkdaşlıq qurmaqdır.
