01 · Xidmət
Risklərin idarə edilməsi
01
Müəssisələrin fəaliyyəti zamanı yarana biləcək risklərin vaxtında müəyyən edilməsi, baş vermə ehtimalının azaldılması və mümkün itkilərin minimuma endirilməsi məqsədilə qiymətləndirmə, təhlil və konsultasiya xidmətləri təqdim edirik.
Risklərin idarə edilməsi üzrə xidmətlərimiz üç əsas istiqaməti əhatə edir:
SƏTƏM
Müəssisədə mövcud vəziyyətin qiymətləndirilməsi və təkmilləşdirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə xidmətlər təqdim edirik:
- Sağlamlıq – əməkdaşların fiziki və psixoloji sağlamlığının qorunması, peşə xəstəlikləri və xəsarətlərin qarşısının alınması, iş yerlərində tibbi nəzarət və maarifləndirmə tədbirlərinin qiymətləndirilməsi.
- Əməyin təhlükəsizliyi – iş prosesində mövcud təhlükə və risklərin müəyyən edilməsi, əməkdaşların təhlükəsizliyinin təmin olunması, istehsalat qəzaları və xəsarətlərin minimuma endirilməsi məqsədilə texniki və inzibati tədbirlərin qiymətləndirilməsi.
- Ətraf mühitin mühafizəsi – təbii resurslardan səmərəli və məsuliyyətli istifadə, atmosfer, su və torpağın çirklənməsinin qarşısının alınması, tullantıların idarə olunması və ətraf mühitə təsirlərin qiymətləndirilməsi.
- Uyğunluğun qiymətləndirilməsi – fəaliyyətin tətbiq olunan yerli və beynəlxalq qanunvericilik, normativ tələblər və standartlara uyğunluğunun qiymətləndirilməsi.
Solidcore komandasında SƏTƏM üzrə müvafiq təhsilə, kvalifikasiyaya, iş təcrübəsinə malik peşəkar mütəxəssislər çalışır. Əməkdaşlıq etdiyimiz müəssisələrin fəaliyyətində xoşağəlməz halların qarşısının alınması və risklərin azaldılması istiqamətində effektiv həllər təklif edəcək.
Kadr riskləri
Müəssisələrdə insan resurslarının idarə edilməsi ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, təhlili və müvafiq konsultasiyaların təqdim edilməsi aşağıdakı istiqamətləri əhatə edir:
- 1. Rekrutinq prosesi - namizədlərin axtarışı, cəlb olunması, müsahibələrin keçirilməsi və işə qəbul prosesi
- 2. Yeni işçilərin adaptasiyası və komandaya qoşulması
- 3. Personalın qeyri-maddi motivasiyası
- 4. Loyallıq
- 5. Bilik, bacarıq və səriştələrin artırılması
- 6. Karyera inkişafı
- 7. Kadr kargüzarlığı
HR sahəsində real iş təcrübəsinə malik olan, bu istiqamətdə çoxsaylı təlim keçirmiş və səmərəli konsultasiyalar vermiş peşəkar ekspertlərimiz personalın yığılması, seçimi, əmək fəaliyyətinə cəlb olunması və İnsan kapitalının effektiv idarə edilməsində yarana biləcək risklərin qarşısını almaq üçün müştərilərimizə müvafiq və işlək tövhələr verəcəklər.
Sığorta riskləri
Sığorta risklərinin qiymətləndirilməsi müəssisənin mümkün maliyyə itkilərinin əvvəlcədən müəyyən edilməsi və risklərin düzgün idarə edilməsinə dəstək məqsədi daşıyır.
Sığorta sektorunda geniş və uzunmüddətli təcrübəyə malik ekspertlərimiz, tərəfdaşlarımıza etibarlı xidmət göstərməklə, təhlükəsiz və davamlı fəaliyyət göstərməklərinə yardımçı olacaqlar. Xidmətlərimizə daşınar və daşınmaz əmlaka, maşın və avadanlıqlara, eləcə də fiziki şəxslərin həyat və sağlamlığına zərər dəyməsi ehtimalının qiymətləndirilməsi; konkret hadisələrin müəssisənin fəaliyyətinə mümkün təsirinin təhlili; maliyyə itkilərinin azaldılması və sığortalanması məqsədəuyğun olan risklər üzrə konsultasiyaların təqdim edilməsi daxildir.






