Əsas məzmuna keç
Təmizlik xidməti
SOLIDCORE MMC

Təmizlik xidməti

Təmiz iş mühiti — sağlam, təhlükəsiz və peşəkar fəaliyyətin ayrılmaz hissəsidir.

Əlaqə saxlayın
01

Xidmət istiqamətlərimiz

SolidCore müxtəlif təyinatlı kommersiya və sənaye obyektləri üçün birdəfəlik, gündəlik, periodik, aylıq və illik müqavilə əsasında peşəkar təmizlik xidmətləri təqdim edir. Xidmət proqramı hər bir obyektin sahəsi, fəaliyyət istiqaməti, iş rejimi və fərdi tələblərinə uyğun hazırlanır.

01

Ofis və biznes mərkəzlərinin təmizliyi

Ofislər, iş otaqları, iclas zalları, dəhlizlər, mətbəx, sanitari qovşaqlar və ümumi istifadə sahələrinin gündəlik və periodik təmizliyi.

02

Sənaye və istehsalat sahələrinin təmizliyi

Zavod, sex, emalatxana və digər istehsalat sahələrinin iş rejiminə və obyektin xüsusiyyətlərinə uyğun planlı təmizliyi.

03

Anbar və logistika obyektlərinin təmizliyi

Anbar sahələri, döşəmələr, raf zonaları, keçidlər, yükləmə-boşaltma və ümumi istifadə ərazilərinin planlı təmizliyi.

04

Tikinti və təmirdən sonra təmizlik

Tikinti və təmir işləri tamamlandıqdan sonra toz, çirklə digər qalıqların təmizlənməsi, səthlərin yekun təmizliyi və obyektin istifadəyə hazırlanması.

05

Şüşə və fasad təmizliyi

Pəncərələr, vitrinlər, şüşə arakəsmələr və fasad səthlərinin uyğun avadanlıq və vasitələrdən istifadə edilməkə təmizlənməsi.

06

Dərindən təmizlik (Deep Cleaning)

Gündəlik təmizlik çərçivəsindən kənarda qalan sahələrin, səthlərin və çətin çirklənmiş zonaların daha detallı və kompleks təmizlənməsi.

02

Daimi təmizlik personalının təmin edilməsi

07

Daimi təmizlik personalının təmin edilməsi

Müşterinin ehtiyacına uyğun sayda təmizlik əməkdaşının gündəlik, növbəli və ya razılaşıdırılmış iş qrafiki əsasında obyektdə ayrılması. Personal qısamüddətli, aylıq və ya uzunmüddətli xidmət müqaviləsi əsasında təmin edilə bilər.

08

Təmizlik vasitələri və ləvazimatlarının təmin edilməsi

Müşterinin istəyinə uyğun olaraq təmizlik personalı ilə birlikdə işlərin icrası üçün tələb olunan keyfiyyətli təmizlik vasitələri, kimyəvi məhsullar və zəruri ləvazimatların təminatı SolidCore tərəfindən həyata keçirilə bilər.

09

Fərdi təmizlik proqramları

Obyektə ilkin baxış keçirildikdən sonra iş həcmi, xidmət tezliyi, tələb olunan personal sayı, iş qrafiki, təmizlik vasitələri və digər ehtiyaclar müəyyən edilərək obyektdə uyğun fərdi xidmət planı hazırlanır.

03

Xidmət modellərimiz

01

Gündəlik xidmət

Obyektin gündəlik təmizliyinin müəyyən edilmiş iş qrafiki üzrə aparılması.

02

Periodik xidmət

Həftəlik, aylıq və ya əvvəlcədən razılaşdırılmış intervallarla təmizlik xidmətinin həyata keçirilməsi.

03

Aylıq xidmət müqaviləsi

Personal və tələb olunduqda təmizlik vasitələri daxil olmaqla aylıq kompleks xidmət.

04

İllik xidmət müqaviləsi

Müəssisənin təmizlik ehtiyaclarının uzunmüddətli əsasda planlı və davamlı şəkildə idarə olunması.

05

Birdəfəlik və xüsusi təmizlik

Dərindən təmizlik, tikinti və təmirdən sonra təmizlik və digər xüsusi təmizlik işləri.

SOLIDCORE

Kompleks xidmət modeli

Müşterinin istəyinə uyğun olaraq SolidCore tərəfindən təmizlik personalı ilə yanaşı, xidmət zamanı tələb olunan keyfiyyətli təmizlik vasitələri, kimyəvi məhsullar və zəruri ləvazimatlar da təmin edilə bilər. Beləliklə, müştərinin ayrıca təmizlik personalı axtarmasına, təmizlik vasitələrinin alınmasını və ehtiyatını idarə etməsinə ehtiyac qalmır.

1Təmizlik personalı
2Təmizlik vasitələri
3İşin təşkili
4Keyfiyyətə nəzarət
04

İş prosesimiz

  1. 01

    Obyekta baxış

  2. 02

    Ehtiyacların müəyyən edilməsi

  3. 03

    İş həcminin hazırlanması

  4. 04

    Komanda və vasitələrin seçilməsi

  5. 05

    Xidmətin icrası

  6. 06

    Keyfiyyətə nəzarət

Xidmət göstərdiyimiz obyektlər

  • Ofislər
  • Biznes mərkəzləri
  • İstehsalat müəssisələri
  • Zavodlar
  • Anbar və logistika mərkəzləri
  • Mağazalar və showroomlar
  • Təhsil və kommersiya obyektləri

Gündəlikdən illik xidmətə qədər — vahid həll

Müştarılarımız xidməti birdəfəlik, gündəlik, periodik, aylıq və ya illik müqavilə əsasında əldə edə bilirlər. Objeqtin xüsusiyyətlərinə uyğun olaraq işçi sayı, iş qrafiki, xidmət tezliyi və tələb olunan vasitələr əvvəlcədən müəyyən edilir.

Siz əsas fəaliyyətinizə fokuslanın — obyektinizin təmizliyini SolidCore-a həvalə edin.

Əlaqə saxlayın