Risk · Təlim · Təmizlik · Təchizat
Etibarlı həllər. Peşəkar yanaşma. Dayanıqlı əməkdaşlıq.
SolidCore MMC tikinti və infrastruktur, energetika, sənaye və istehsalat, nəqliyyat və logistika sektorlarında fəaliyyət göstərən müəssisələrə risklərin idarə edilməsi, peşəkar təmizlik, təlim və təchizat xidmətləri təqdim edən peşəkar xidmət şirkətidir.
Haqqımızda
SOLIDCORE MMC
SOLIDCORE MMC tikinti və infrastruktur, energetika, maliyyə, sənaye, neft-qaz, nəqliyyat və logistika sektorlarında fəaliyyət göstərən müəssisələrə risklərin idarə edilməsi, təlim, konsultasiya və təchizat üzrə peşəkar xidmətlər təqdim edən şirkətdir.
Fəaliyyətimizin əsasını peşəkarlıq, məsuliyyət, keyfiyyət, şəffaflıq və müştəriyönümlü yanaşma prinsipləri təşkil edir. Hər bir layihəyə fərdi yanaşır, müştərinin real ehtiyaclarını nəzərə alaraq praktik və işlək həllər təqdim edirik.
Məqsədimiz hər bir müştərinin ehtiyaclarını düzgün qiymətləndirərək ona uyğun praktik, etibarlı və uzunmüddətli dəyər yaradan həllər təqdim etməkdir.
Komandamız müxtəlif fəaliyyət sahələri üzrə bilik, kvalifikasiya və praktiki iş təcrübəsinə malik peşəkar mütəxəssislərdən ibarətdir. Əməkdaşlıq etdiyimiz hər bir müəssisənin fəaliyyətinin daha təhlükəsiz, səmərəli və dayanıqlı olmasına töhfə verməyi hədəfləyirik.
Missiyamız müasir bazar tələblərinə uyğun yüksək keyfiyyətli xidmətlər təqdim etmək, müştərilərimizlə etibarlı, uzunmüddətli və dayanıqlı əməkdaşlıq münasibətləri qurmaqdır.
SOLIDCORE — Etibarlı həllər. Peşəkar yanaşma. Dayanıqlı əməkdaşlıq.

Missiyamız
Missiyamız müasir bazar tələblərini və müştərilərimizin real ehtiyaclarını nəzərə alaraq, peşəkarlıq, məsuliyyət və keyfiyyət prinsiplərinə əsaslanan xidmətlər təqdim etmək, müştərilərimizlə etibarlı, uzunmüddətli və dayanıqlı əməkdaşlıq qurmaqdır.
- 01
Peşəkar və təcrübəli komanda
Müxtəlif fəaliyyət sahələri üzrə bilik və praktiki təcrübəyə əsaslanan peşəkar yanaşma.
- 02
Müştəriyönümlü xidmət
Hər bir müştərinin ehtiyac və tələblərinin ayrıca qiymətləndirilməsi və uyğun həllərin təqdim olunması.
- 03
Etibarlı və davamlı biznes modeli
Uzunmüddətli əməkdaşlıq və qarşılıqlı etimad üzərində qurulan iş prinsipi.
- 04
Proseslərin şəffaflığı
İşin bütün mərhələlərində aydın kommunikasiya, sistemli yanaşma və şəffaf iş prosesi.
SOLIDCORE
Ehtiyacınıza uyğun həlli birlikdə müəyyən edək.
Xidmətlərimiz haqqında ətraflı məlumat almaq, sorğu göndərmək və ya əməkdaşlıq imkanlarını müzakirə etmək üçün SolidCore komandası ilə əlaqə saxlayın.
Əməkdaşlıq
Əməkdaşlıq etdiyimiz şirkətlər
Sənaye, tikinti və təchizat layihələrində birgə çalışdığımız tərəfdaşlar.










